Rusiyanın baş killeri ömürlük həbs cəzası aldı – 60 qətldə adı keçir

Rusiyanın ən böyük mütəşəkkil cinayətkar qrupunun lideri, ölkənin “baş killeri” adlandırılan “Cako” ləqəbli Aslan Qagiyev ömürlük həbsə məhkum edilib.

Musavat.com-un Rusiya mediasına istinadla verdiyi xəbərə görə, o, 60 nəfərin ölümünə görə məsuliyyət daşıyan amansız qatillərin əsl sektasını yaradıb. “Cako”nun köməkçiləri arasında polis zabitləri və prokurorlar da olub.

Bildirilir ki, canilərin arsenalı xüsusi təyinatlı polis dəstələrinin silahından geri qalmayıb: 140-dan çox tapança, pulemyot, avtomat, o cümlədən xarici istehsal olunan silahlar. Qaqiyev öz peşəsindən milyonlarla avro qazanıb və bandadan çıxmaq qərarına gələnlər barədə soyuqqanlılıqla ölüm hökmü verib.

Aslan Mityayeviç Gagievin ikinci adı “Cako” olub. Qaqiyevin bu ləqəbi necə alması ayrıca bir hekayətdir. Osetin adı Cako Qafqazda yaxşı tanınır, Gürcüstanda isə hətta məişət adına çevrilib.

Musavat.com

 

15.09.2023 11:50
1156