Rusiyanın Almaniyadakı səfiri XİN-ə çağırılıb

Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Musavat.com xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Almaniya hökuməti bununla da Ukraynanın 4 regionunun Rusiyaya birləşdirilməsinə reaksiya verib. Diplomatın “çox yaxın vaxtda” Almaniya XİN-də olması gözlənilir.

02.10.2022 21:24
640