Rusiyanın 2 vilayətinə PUA hücumu - 50-yə yaxın reys gecikdi

Ötən gecə Rusiyanın Kaluqa və Moskva vilayətlərində 2 pilotsuz uçuş aparatı məhv edilib.

Musavat.com Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məhv olunan PUA-lar Ukraynaya məxsusdur.

Bundan başqa, PUA həyəcanı ilə bağlı olaraq Domodedovo, Şeremetyevo və Vnukovo hava limanlarında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, Moskva aeroportlarında ləngiyən 50-dək reys artıq bərpa edilir. İlk yerli reys Soçiyə, beynəlxalq reys isə İstanbul və Antalyaya yola düşüb.

05.09.2023 12:10
691