Rusiya Ukraynada sülh nizamlanması şərtləri ilə razılaşmasa, təslim olmaq məcburiyyətində qalacaq.
Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni İsveçrədəki sülh sammitində deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Rusiya-Ukrayna müharibəsində sülhün əldə oluna biləcəyi minimum şərtləri formalaşdırmalıdır: SEO Xidməti
“Ukraynanı müdafiə etmək dünyadakı qaydalar sistemini müdafiə etmək deməkdir. Ukraynanı qorumaq üçün bütün səyləri birləşdirmək vacibdir. Əgər Rusiya şərtlərlə razılaşmasa, biz onları təslim olmağa məcbur edəcəyik”.