Rusiyanı ancaq “sülhə məcbur etmək” olar – Zelenski

Ukrayna prezidenti Zelenski sentyabrın 24-də Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Rusiyanı sülhə məcbur etmək lazımdır. 

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Zelenski fikrinin davamında aşağıdakıları qeyd edib:

“Biz bilirik ki, dünyada bəziləri Putinlə danışmaq istəyir, görünür, onun xalqımızı qorumaq hüququndan istifadə etdiyimizə görə necə qəzəbləndiyini dinləmək istəyirlər”.

O, bu cür fikirləri “dəlilik” adlandırıb və bəyan edib ki, müharibəni yalnız Kiyevin qələbəsi bitirə bilər:
“Bir gün bu otaqda mütləq deyəcəklər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bitib. Dondurulmayıb, unudulmayıb, amma həqiqətən bitib”.

25.09.2024 11:43
333