Rusiyalı sənətçilərin yeni “qara siyahısı”, Peskovun qırmızı şərhi: "Xəbərimiz yoxdur"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xüsusi hərbi əməliyyatla bağlı mövqelərinə görə Rusiya Federasiyasında çıxışı qadağan edilən sənətçilərin “qara siyahıları”ndan xəbərsiz olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə RTVI məlumat yayıb.

“Biz bu siyahılar haqqında heç nə bilmirik. Ətrafda çoxlu saxta siyahılar dolaşır”, - Kreml sözçüsü bildirib.

Eyni zamanda Peskov etiraf edib ki, sənətçinin mövqeyi istənilən tədbirin təşkilatçısı tərəfindən rədd edilməsinə səbəb ola bilər, lakin onun sözlərinə görə, bunun Kremlə heç bir aidiyyəti yoxdur.

Oktyabrın 2-də Rusiya Federasiyasında xarici agent kimi tanınan “Vestk” nəşri öz mənbələrinə istinadla xəbər verib ki, reklam və tədbir agentlikləri Rusiyada çıxışı qadağan olunduğu iddia edilən sənətçilərin yeni siyahısını alıb. Siyahının 79 bənddən ibarət olduğu və məsləhət xarakteri daşıdığı bildirilir. Siyahının müəllifləri göstərilməyib.

Nəşrin məqaləsində deyilir ki, siyahıya musiqiçilər, komediyaçılar və bloqerlər daxildir. Siyahıda adı çəkilən yerli sənətçilərr arasında aşağıdakılar var: İvan Urqant, Valeri Leontyev, “Bravo”, “Mumiy Troll” və “Splin” qrupları, Natalya Podolskaya, Anna Sedokova, Denis Klyaver, Ciqan, Aleksandr Qudkov, “Zveri”, Skriptonit, Maks Korj, Ruslan Belıy (Rusiya Federasiyasında xarici agent kimi tanınır), Nayk Borzov, Manija, Quf, Instasamka, Anya Pokrov, “Big Russian Boss” və s. Siyahıda yer alan əcnəbi sənətçilər arasında Beyons, Lana del Rey, “Florence and the Machine”, IAMX, Metallica və başqaları var.

Sentyabrın 26-da II Qərb dairə hərbi məhkəməsi aktyor Aleksey Panini terrora haqq qazandırdığına görə qiyabi olaraq 6ı il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə həmçinin sənətçiyə 3 il müddətinə internetdə material yerləşdirməyə qadağa qoyub.

Musavat.com

03.10.2024 14:24
443