Rus haker qruplarından biri FTP kod ötürmə proqramından istifadə edərək Ermənistanın baş nazirinin ofisinə hücum edib.
Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan bölməsi məlumat yayıb.
“Məlumat bazası bizim ixtiyarımızdadır” - deyə hakerlərin bəyanatında bildirilir.
Hakerlərin tələbinə görə, hökumət növbəti 48 saat ərzində 2,5 milyon dollar köçürməsə, məlumatlar məhv ediləcək.
Ermənistan hökuməti bununla bağlı rəsmi cavab verməyib.
Musavat.com