Rusiyalı gənclər “Z” simvolikalı postamenti sındırdılar - VİDEO

Rusiyanın Çuvaşıstan Muxtar Respublikasının paytaxtı Çeboksarının mərkəzində quraşdırılmış “Z” simvolikalı postament iki gənc sakin tərəfindən sındırılıb.

Hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Hadisəni törədən hər iki gəncin saxlanıldığı bildirilir.  

Aidiyyəti qurumlar postamentin artıq bərpa olunduğunu bildiriblər.

Mənbə: Ostorojno.novosti “Telegram” kanalı

17.06.2022 16:39
702