“Vahid Rusiya” Partiyasının Həştərxan Vilayət Dumasından olan deputatı Denis Xaritonovun avtomobili partladılıb.
Musavat.com xəbər verir ki, partlayış zamanı millət vəkilinin özü maşında olsa da heç bir xəsarət almayıb.
Məlumata görə, hadisə dünən günorta saatlarında baş verib. Şimal Hərbi Dairəsi zonasında baş verən hadisə zamanı deputat avtomobildə olub.
Denis Xaritonov bildirib ki, partlayış zamanı yaralı döyüş yoldaşının qohumlarının yanına gedirmiş. Deputat onlara döyüş yoldaşının əşyalarını aparırmış.
“Bu gün növbəti tapşırığı yerinə yetirərkən döyüş maşınım partladıldı”, - deyə Denis Xaritonov bildirib.
Musavat.com