Rusiyalı deputat türkiyəli aktyorları söydü

Dövlət Dumasının deputatı Vitali Milonov Rusiyada türk seriallarını qadağan etməyə çağırıb.

Musavat.com axşam.az-a istinadən bildirir ki, Milonov yerli kanallardan birinə açıqlamasında türk seriallarını "tamamilə zibil" adlandırıb. Onun fikrincə, belə seriallar reallığa uyğun gəlməyən həyatı göstərir.

"Bu kababçılar birdən-birə yaxşı aktyor olduqlarına qərar verdilər. Türkiyədə bir dənə də ağıllı aktyor yoxdur, hamısı tamamilə istedadsız, ucuz oğrulardır" deyə, siyasətçi türkiyəli aktyorları təhqir edib.

Milonov bildirib ki, bu cür ekran işləri qadınların düşüncəsində saxta ideal kişi obrazı yaradır.

11.07.2024 15:39
3839