Rusiyadan Ukraynaya ŞOK ZƏRBƏ - 50-dən çox insan…

Kiyevdə baş verən son raket hücumu nəticəsində azı 2 nəfər həyatını itirib, 50-dən çox insan yaralanıb.

Musavat.com xəbər verir ki, şəhərin meri Vitali Kliçko hadisə ilə bağlı açıqlamasına əsasən , yaralananlar arasında 6 azyaşlı da var.

Onun sözlərinə görə, ümumilikdə 54 nəfər xəsarət alıb, onlardan 38-i, o cümlədən 6 uşaq xəstəxanaya yerləşdirilib. Digər yaralılara isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Hadisə Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi genişmiqyaslı zərbələr nəticəsində baş verib. Şəhərdə ciddi dağıntılar müşahidə olunur.

Musavat.com

24.04.2025 07:40
844