Ermənistanın baş naziri ilə Azərbaycan prezidentinin Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi sammiti çərçivəsində görüşü sülh müqaviləsi üzrə dialoqun təşviqi üçün bir fürsətdir.
Musavat.com xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, son vaxtlar İrəvan və Bakı sabitliyin bərqərar olması səylərini dəstəkləməyə hazır olduqlarını dəfələrlə bəyan ediblər:
"Moskva da bu məsələdə kömək etməyə hazırdır, lakin öz vasitəçiliyini tətbiq etmir. Tərəfdaşlarımızın tezliklə sülh sazişini imzalaması bizim üçün çox vacibdir".
“Xarici qüvvələr Ermənistanı çox təhlükəli geosiyasi oyunlara çəkir”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya xarici qüvvələrin İrəvanı daha çox təhlükəli geosiyasi oyunlara çəkmək cəhdlərini müşahidə edir. “Qərb Ermənistanın və ermənilərin taleyinə tamamilə biganə yanaşır. Rusiya isə müttəfiqlik xarakterli münasibətləri nəzərə alaraq sülhə, sabitliyə və Ermənistanın çiçəklənməsinə yardım etməyə hazırdır. Bizim üçün bu, həqiqətən də çox əhəmiyyətə malikdir”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması perspektivlərindən də danışıb. “Biz İrəvanla Bakı arasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları əsasında münasibətlərin normallaşması üçün yaxşı perspektivləri görürük. Ermənistanla Türkiyə arasında münasibətlərin qurulması üçün ilkin şərtlər mövcuddur. Ümumilikdə, biz Cənubi Qafqazda münaqişəliliyin azalmasında və bu regionun zəngin potensialının açılmasında maraqlıyıq. Hesab edirik ki, buna “3+3” məşvərətçi regional əməkdaşlıq platforması çərçivəsində qarşılıqlı fəaliyyətin genişlənməsi yardım edə bilər”, deyə Rusiya XİN rəsmi nümayəndəsi yekunlaşdırıb.
Rusiya sülhməramlı kontingenti Qarabağdakı 18 müşahidə məntəqəsində tapşırıqları yerinə yetirməkdə davam edir. Rusiya Müdafiə Nazirliyi belə məlumat yayıb. Bildirilib ki, Rusiya sülhməramlı qoşunlarının məsuliyyət zonasında atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb. Bakı ilə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinə və humanitar hüququn qorunmasına yönəlmiş davamlı əməkdaşlıq davam etdirilir.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə söhbətləşir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: