“Crocus City Hall”da terror aktı törətmək şübhəli bilinən şəxslərin qaçdıqları avtomobil Ukrayna ilə sərhəd Bryansk vilayətində saxlanılıb. Terrorda şübhəli bilinən şəxslərin qaçdığı avtomobilin saxlanmasının təfərrüatları barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn məlumat yayıb.
Onun yazdığına görə, terrorda şübhəli bilinən şəxslərin olduğu ağ rəngli “Renault” Bryansk vilayətinin Karaçinsk rayonunun Xatsun kəndi ərazisində saxlanılıb. Terrorçulardan bir nəfərinin hadisə yerinə saxlanıldığı, digərinin isə bir qədər sonra yaxalandığı bildirilib. Qalan şübhəli şəxslərin isə meşədə gizləndiyi qeyd olunub.
Onların avtomobilindən “PM” markalı tapança, “AKM” avtomatı, güllə daraqları Tacikistan vətəndaşının pasportu aşkarlanıb. Qeyd olunub ki, terrorda şübhəli bilinən şəxslər sərhəd Bryansk vilayətindən Ukrayna tərəfə keçməyi planlaşdırıblar. “Baza” Teleqram kanalı Bryanskda saxlanılan şəxslərdən Muxammadsobir Fayzovun fotosunu yayıb.
ABŞ Rusiya hökumətini terror aktı barədə xəbərdar edib. cAğ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson bildirib. ABŞ hökuməti bu “mütləq xəbərdarlıq” siyasətinə əsasən bu məlumatı Rusiya hökuməti ilə də bölüşüb”, - Uotson vurğulayıb.
Moskva vilayətində törədilən terror aktında vətəndaşlarımızın iştirakı ilə bağlı məlumat saxtadır. Tacikistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Terakt törədən şəxslər Məhmədrəsul Nəsridinov, Rivojidin İsmonov, Şahincan Safolzoda, Rüstəm Nəzərovdur. Onların hamısı Tacikistan vətəndaşıdır. Onlardan hansının saxlanıldığı hələlik məlum deyil.
TVMusavat-ın bu gün saat 12:29-da canlı yayımlanan “Həftə içi”” verilişində aparıcı Emil Salamoğlu Moskva terroruna dair son məlumatları təqdim və şərh edir, qonaqlarla dəyərləndirir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: