Rusiyadan ŞOK xəbərdarlıq: Sərt cavab veriləcək!

Rusiya Moskvanın bloklanan aktivləri ilə bağlı Qərbə sərt xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.

O bildirib ki, ABŞ və Avropa İttifaqı (Aİ) Rusiyanın yüz milyardlarla dollar dəyərində aktivlərinə həbs qoysa, Moskva çox sərt cavab verəcək.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildə Ukraynaya qoşun göndərdikdən sonra ABŞ və müttəfiqləri Rusiyanın mərkəzi bankı və maliyyə nazirliyi ilə əməliyyatları qadağan edərək, Rusiyanın Qərbdəki təxminən 300 milyard dollarlıq aktivlərini bloklayıb.

Musavat.com 

13.02.2024 16:17
1597