Mehri marşrutunun yaradılması Cənubi Qafqazda ümumi sabitləşmə üçün çox mühüm amil olacaq”.
Musavat.com-un məlumatına görə, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin RBC-yə müsahibəsində bildirib.
O xatırladıb ki, bu il iyunun 2-də üçtərəfli işçi qrupunun sonuncu görüşü baş tutanda tərəflər nəqliyyat kommunikasiyalarının bloklanması istiqamətində irəliləyişin olduğunu qeyd ediblər. “Lakin biz inanırıq ki, Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, daha doğrusu Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək Meğri marşrutunun yaradılması...” (Bu məqamda fikir yarımçıq qalır-M.)
“Mehri marşrutu” deyərkən Zəngəzur dəhlizini nəzərdə tutub-tutmadığına aydınlıq gətirmək üçün müraciət olunan diplomat qeyd edib ki, söhbət Ermənistan ərazisindən keçən dəmir yolundan gedir, ona görə də “Mehri marşrutu” adından istifadə etməyə üstünlük verir. “Bəli, Azərbaycanda buna Zəngəzur dəhlizi deyirlər. Deyək ki, bu formula hər kəsə uyğun gəlir - biz azərbaycanlı və erməni tərəfdaşlarımıza razılıq əldə etmək üçün fəal kömək edirik. Biz inanırıq ki, bu saziş Cənubi Qafqazda ümumi sabitləşmə üçün çox mühüm amil olacaq”-Rusiya rəsmisi bildirib.
Qaluzin əlavə edib ki, bu, bütün Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək: “Çünki bu halda Ermənistanın nəqliyyat-logistika mərkəzinə çevrilmək, Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı olacaq. Azərbaycan ölkənin iki bölgəsi arasında fasiləsiz, ritmik nəqliyyat əlaqəsinə malik olmaq imkanı əldə edəcək. Cənubi Qafqazda vəziyyətin ümumi sabitləşməsi isə Ermənistanla Azərbaycan arasında gələcək üçün etimadın əsaslarının möhkəmlənməsinə xidmət edəcək. Beləliklə, biz üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri davam etdirməkdə qərarlıyıq”.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat