Rusiyadan Qarabağdakı sülməramlılar haqda QƏRİBƏ AÇIQLAMA – nələr baş verir? – Tural Abbaslı ilə CANLIda

“Rusiya sülhməramlı kontingenti Qarabağdakı 18 müşahidə məntəqəsində tapşırıqları yerinə yetirməkdə davam edir”. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyanat yayıb.

“Sülhməramlı qoşunların məsuliyyət zonasında atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb. Bakı ilə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və humanitar hüququn qorunması istiqamətində əməkdaşlıq davam etdirilir”, – bəyanatda bildirilir. Qeyd edək ki, Ordumuzun sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağda silahlı birləşmələr qalmayıb. Buna görə də ərazidə atəşkəsin pozulmasına səbəb olacaq vəziyyət yoxdur.

Bu və gündəmdəki aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

07.01.2024 11:50
630