Rusiyadan qaçan zabitlər İçərişəhərdə

Yaxın vaxtlarda məşhur rus aktyorlarından ibarət heyət Bakıya gələcək.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb Azərbaycan paytaxtında çəkilən fiklmdir. Belə ki, filmin süjetinə görə, məşhur İçərişəhər Konstantinopola (İstanbula) çevriləcək.

Yeni tarixi film ötən əsrin 20-ci illərində Rusiyadakı bolşevik inqilabdan qaçan rus zabitlərə və mühacirlərə həsr olunub. Həmin zaman çox sayda ağqvardiyaçı zabiti və mülki şəxs Krımdan İstanbula (Konstantinopola) keçərək yeni həyata başlamağa çalışırdılar. Serialın baş qəhrəmanı, keçmiş Vrangel ordusunun zabiti Sergey Neratov (rolu Aleksandr Ustyuqov canlandıracaq) vətəndaş müharibəsində ailəsini itirsə də, bu dəfə də Türkiyəyə qaçan həmyerliləri üçün yeni döyüşə başlamalı olur. 

Screenshot_1.png (776 KB)

Aleksander Ustyuqov indiyədək bu tip rollarda çəkilib, lakin bu dəfə o, ssenariyə görə ingilis dilində səlis danışan bir zabit personajını canlandıracaq. Aktyorun dediyinə görə, bu dəfə onun üçün heç də asan olmayacaq, çünki ingilis dili güclü tərəfi deyil.

“Bakıda çəkilişlərdən gözləntilər böyükdür, çünki mən heç vaxt bu şəhərdə olmamışam. Ona görə də ümid edirəm ki, bu səfər təkcə yaradıcı səfər deyil, həm də bir turist gəzintisi olacaq. Mən çəkilişlərin başlamasını səbirsizliklə gözləyirəm, baxmayaraq ki, Bakının istisində zabit paltosunda və çəkmələrində çəkilişlər çox çətin olacaq. Hətta çox isti...”tanınmış aktyor deyib. 

Screenshot_2.png (798 KB)

Daha bir tanınmış aktrisa da Bakıdakı çəkilişlərdə olacaq. Oksana Akinşina ərini müharibədə itirmiş və indi kiçik oğlunu doyurmaq üçün fahişəlik etməyə məcbur olan baronessa rolunu canlandıracaq. Bir çox film tənqidlərin fikrincə, dram janrı aktrisanın istedadını ən yaxşı şəkildə ortaya qoyur. Retro geyimlər də Oksanaya çox yaraşır.

Filmdə həmçinin Kirill Kyaro, Sergey Marin, Vyaçeslav Çepurçenko, Kseniya Treyster, Volfqanq Çerni və başqaları iştirak edəcək...

 

Musavat.com

14.06.2024 22:46
17549