NATO KTMT ölkələrinə müdaxilə etməyi planlaşdırır, havada təxribatların sayı artır.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, KTMT ölkələri üçün birbaşa təhlükə NATO-nun davamlı olaraq genişlənməsidir. “Kollektiv təhlükəsizlik zonasının şimal və qərb sərhədlərində alyansın hərbi mövcudluğu artır, hərbi təlimlər keçirilir, bu təlimlər zamanı KTMT ölkələrinin ərazisinə müdaxilə təcrübəsinin öyrənilməsi üçün yeni silah sistemləri yerləşdirilir”, - Şoyqu bildirib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənli və Sevinc Telmanqızı Kamranla 1 verilişində müzakirə edəcəklər.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.