Rusiyadan Çinə yeni kəmərlə qaz nəqli iki ildən sonra başlayacaq

"Qazprom" Çinə qaz nəqli üçün "Uzaq Şərq marşrutu"nun tikintisinə başlayıb. Musavat.com xəbər verir ki, bu məlumatı "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller konfransda açıqlayıb.

Onun sözlərinə görə, Uzaq Şərq marşrutu ilə Çinə qaz 2027-ci ilin yanvar ayının sonunda çatdırılacaq: “Magistral qaz kəmərinin tikintisi ciddi şəkildə qrafikə uyğun aparılır".

“Qazprom”un 2022-ci ilin fevralında imzaladığı Uzaq Şərq marşrutu üzrə müqavilədə Çinə ən azı 25 il ərzində ildə 10 milyard kubmetrə qədər qaz nəqli nəzərdə tutur.

İki ölkə hökumətləri əsasən Ussuri çayı üzərindən transsərhəd qaz kəmərinin tikintisini tənzimləyən hökumətlərarası saziş imzalayıblar.

Bu marşrutla Çinə qaz tədarükü üçün Çin sərhədi boyunca uzanan Saxalin - Xabarovsk - Vladivostok magistral xəttinin kiçik (təxminən 25 km) davamını tikmək lazımdır. Söhbət magistral qaz kəmərindən, qaz ölçmə stansiyasından və təbii qazın təmizləyici qurğusundan gedir.

Musavat.com

29.08.2024 21:23
224