Rusiyadan benzin ixracına qoyulan qadağa ilin sonuna qədər uzadılıb

Rusiyadan benzin ixracına qoyulan qadağa sentyabr ayından 2024-cü ilin sonuna qədər uzadılıb.

Bu qərarı Rusiya hökuməti mövsümi tələbatın davam etdiyi və neftayırma zavodlarında planlaşdırılan təmir işləri zamanı yanacaq bazarında sabit vəziyyəti qorumaq üçün qəbul edilib.

Bu qadağa hökumətlərarası sazişlər üzrə tədarüklərə, vətəndaşların şəxsi istifadə üçün və beynəlxalq humanitar yardım kimi ixrac etdiyi yanacağa şamil edilmir.\\report.az

01.09.2024 03:19
386