Rusiyadan Bakı-İrəvan danışıqlarına REAKSİYA

Rusiya Federasiyası Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası məsələsində yaxşı irəliləyiş görür.

Musavat.com bildirir ki, bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk deyib.

O qeyd edib ki, tərəflər müvafiq məsələnin şimaldan cənuba, Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin qovşağından keçmək barədə razılığa gəliblər.

Üçtərəfli işçi qrupun işindən danışan Rusiya baş nazirinin müavini bildirib ki, bunu heç kim formal olaraq dayandırmayıb, lakin Bakı və İrəvan birbaşa işləyir.

Musavat.com

29.01.2025 18:04
1154