Rusiyadan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - Cavab veriləcək

"Rusiya ABŞ-ın Nevada ştatındakı sınaq meydançasında baş vermiş yeraltı partlayışla bağlı məlumatları yoxlayır".

Musavat.com REN TV-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, Rusiya nüvə sınaqları ilə bağlı ABŞ-a öz mövqeyini xatırladır. Yəni Vaşinqton buna məhəl qoymasa, Moskva  bənzər cavab verəcək.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya ABŞ-ın Nevada nüvə poliqonunda yeraltı sınaqlarını diqqətlə izləyir.

Xatırladaq ki, oktyabrın 18-də ABŞ Nevada ştatındakı poliqonda nüvə sınaqları keçirib. Sınaqlar Rusiya Dövlət Dumasının Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasını ləğv edən qanunu qəbul etdiyi gün baş tutub.

Musavat.com

20.10.2023 17:32
1121