Rusiyadan 3 raket TƏHDİDİ: “Şəhərləri DAĞIDACAĞIQ!”, Kupyanska DƏHŞƏTLİ HÜCUM başladı – CANLIda

Rusiya təbliğatının çirkin simalarından biri olan Yevgeni Popov Avropanı nüvə zərbələri ilə hədələyib.

“AzPolitika” xəbər verir ki, Popov Rusiya kanalının təbliğat proqramının efirində Avropa sivilizasiyasına son qoymaq üçün Moskvanın bir neçə nüvə raketinin kifayət edəcəyini söyləyib.

ABŞ-nin Almaniyada uzaqmənzilli raketlərin yerləşdirilməsi planları ilə bağlı bəyanatını şərh edən Popov bildirib ki, Rusiya Avropanı nüvə silahı ilə vura bilər.

O, demək olar ki, bütün Avropa ölkələrinin bu zərbənin nəticələrini hiss edəcəyini qeyd edib: "Berlin, Varşava, bütün Baltikyanı ölkələr, Paris, Buxarest, Praqa, əlbəttə ki, Almaniyadakı Amerika bazaları. Böyük Britaniyaya xüsusi diqqət - ənənəvi düşmənimizdir! Şimal donanmasının əhəmiyyətli hissəsi ona qarşı işləyəcək. Yalnız London deyil, həm də risk altında olan Mançester, Birminqem, Devanportun ən böyük dəniz bazası, kralın nüvə raketlərini saxladığı şotlandiyadakı Klayd, ən həssas vəziyyətdə olan Portsmut… Prinsipcə, üç raket kifayətdir və bu sivilizasiya məhv olacaq”.

Qeyd edək ki, bundan əvvəl Ağ Ev bildirmişdi ki, 2026-cı ildən Amerikanın “Tomaqavk” qanadlı raketləri, SM-6 zenit raketləri və yeni hipersəs silahları Almaniyada yerləşdiriləcək. ABŞ-nin qanadlı raketlərinin uçuş məsafəsi 2500 km-ə qədərdir - nəzəri olaraq onlar Avropadan Moskvaya çata bilirlər. Kreml isə dərhal bəyan edib ki, Rusiya ABŞ-nin yeni raketlərinin yerləşdirilməsinə cavab olaraq Avropa paytaxtlarını hədəfdə saxlayacaq.

Rusiya Silahlı Qüvvələrinin Kupyansk istiqamətində Ukrayna mövqelərinə hücum cəhdi uğursuz olub. Bu barədə "Telegram" kanallarında video yayılıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 15.58-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Qonağımız politoloq Vaqif Hüseyndir.

15.07.2024 15:58
675