Aprelin 18-də axşam saatlarında Krasnodarda 100-ə yaxın hərbi qulluqçu komendantlıqdan qaçmağa cəhd etsə də, onlardan yalnız 3 nəfəri bunu bacarıb, hazırda onların axtarışları davam edir.
Musavat.com yada salır ki, xüsusi hasarlanmış ərazidə olan hərbçilər hasarı sındıraraq komendantlığı tərk etmək istəyiblər.
Hadisə nəticəsində itki və xəsarət alan olmayıb.Krasnodardakı komendaturanı dəmir barmaqları qıraraq kütləvi qaçmağa cəhd edənlər təkcə gənc çağırışçılar olmayıb, onların arasında müqavilə ilə xidmət edən yaşlı hərbçilər də var. yəqin ki, bir çoxunu məhkəmə və azadlıqdan məhrum etmək də gözləyə bilər. Rəsmi bilgilərə görə, əraziyə Rusiya Milli Qvardiyasının bölmələrinin və polisin vaxtında müdaxiləsi nəticəsində qaça bilən 7 nəfərdən 4-ü saxlanılıb, 3 nəfərin isə axtarışı davam edir.
Hakimiyyət dairələri hadisə ilə bağlı hər hansı açıqlama vermirlər, amma qaçmağa cəhd edənlərin yaxınları mediaya bəzi təfərrüatları danışıblar.
Bildirilir ki, komendatura saxlanılanların bəziləri pul müqabiləndə buranı müvəqqəti də olsa tərk edə bilirlər. Etirazlara da bu səbəb olub. İddialara görə, komendaturada saxlanıları qiyam qaldırmağa hələ də axtarışda olan, əvvəllər məhkum olunmuş 39 yaşlı Aleksey Girev təhrik edib.
Kamçatkadan olan Aleksey avtomobil oğurluğu, narkotik və digər cinayətlərdən həbsdə olub. Koloniyada isə Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq müharibədə döyüşməyə gedib.
Tanışların dediyinə görə, Aleksey Girevin valideynləri artıq həyatda deyil, keçmiş həyat yoldaşı ilə münasibət saxlamır. Maraqlıdır ki, etiraza qalxan hərbçilər arasında Alekseyin ögey qardaşı da (fərqli atalardan) olub. O da müharibə zonasındakı hərbi hissənin özbaşına tərk etdiyi üçün eyni komendantdaturada saxlanılırmış.
Aleksey həbsdən buraxıldıqdan sonra təlim keçib və cəbhə bölgəsinə gəldiyi ilk gün yaralanıb. Həmin vaxt onunla birlikdə olanların çoxu ölüb, lakin Aleksey Girev sağ qalıb və Sankt-Peterburqdakı xəstəxanaya aparılıb. Oradan dostlarına telefonla deyib ki, müharibəyə qayıtmayacaq, çünki bu, qorxuludur, həm də komandirlər keçmiş məhbusları düşünmədən sağ qalmağın mümkün olmadığı döyüşlərə göndərirlər.
Buna baxmayaraq, o, xəstəxanadan çıxandan sonra hərbi hissədən yenidən qaçıb. O, bir müddət gizlənməyə müvəffəq olub, lakin tezliklə onu yenidən saxlayıblar Krasnodardakı ixtisaslaşmış komendantlığa göndəriblər. Tanışların dediyinə görə, Krasnodarda saxlanılanları burada müharibədən yayındıqları üçün incidiblər, onları alçaldıblar. Aleksey Girevlə bərabər daha iki nəfərin də axtarışı davam edir.
Musavat.com