Rusiyada zəlzələ oldu

Sakit okeanda Kamçatka yarımadasının sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, mayın 18-nə keçən gecə Sakit okeanda seysmik hadisə qeydə alınıb.

Zəlzələnin 21 km dərinlikdə baş verdiyi bildirilir.

Yeraltı təkanlar nəticəsində tələfat və dağıntı olmayıb.

Sunami təhlükəsi elan olunmayıb.

18.05.2024 02:31
749