Rusiyanın Volqoqrad vilayətində İK-19 islah koloniyasına hücum edənlərin adları məlum olub.
Musavat.com xəbər verir ki, teleqram kanallarında yayılan məlumata görə üsyançılar bu şəxslərdir:
1) Özbəkistandan olan 28 yaşlı Ramzindin Toşev - narkotik satışı maddəsi üzrə 8 il müddətinə azadlıqdan məhrum edilib;
2) Tacikistandan olan 28 yaşlı Nazirçon Toşov;
3) Özbəkistandan olan 29 yaşlı Temur Xusinov - qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib;
4) Tacikistandan olan 23 yaşlı Rustamçon Navruzi narkotik satışı maddəsi üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib.