Rusiyada Ukrayna XİN-in nümayəndəsinin başına mükafat ayırdılar: Bu sözlərinə görə

Rusiya Dövlət Dumasının işğal altındakı Krımdan olan deputatı Mixail Şeremet Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixinin tutulmasına görə yüz min rubl mükafat vəd edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Tixin, Rusiyaya və onun müttəfiqlərinə qarşı təhqir və təhdidlər işlədərkən atalar sözünü unudub: “Şeytan sakit ikən onu oyatma”, - deyə siyasətçi bildirib.

Şeremet Xarici İşlər Nazirliyinin nümayəndəsini Krıma çatdıracaq şəxsə 100 min rubl mükafat vəd edib. O, həmçinin bildirib ki, “Ukraynada hakimiyyəti ələ keçirən hərbi cinayətkarlar” üçün kameralar hazırdır .

Bundan əvvəl Georgi Tixi prezident Vladimir Putinin Monqolustan səfərini “ağır zərbə” adlandırmışdı . O, Monqolustanın BCM-nin Putinin “həbs edilməsi” ilə bağlı orderinə əməl etməkdən imtina etməsinin Beynəlxalq Cinayət Məhkəməsinə və beynəlxalq cinayət hüququ sisteminə zərbə olduğunu qeyd edib və Ulan-Batoru nəticələrlə hədələyib. (Publika.az)

04.09.2024 09:54
1114