Rusiyada terror aktı törətmək üçün Gürcüstandan partlayıcı göndərdilər: Sifarişçi kimdir? -FOTO

Terror aktı törətmək üçün partlayıcı maddələrin Rusiyaya daşınmasını sifariş edən şəxsin adı açıqlanıb.

Publika.az xəbər verir ki, bu, Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyasından olan deputat Andrey Şaraşidzedir.

Bu barədə bazar ertəsi, fevralın 5-də Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. İdarə maddələrin daşınması ilə Gürcüstan, Ermənistan və Ukrayna vətəndaşlarının məşğul olduğunu qeyd edib.

Xatırladaq ki, qadağan olunmuş yükün çəkisi 14 kiloqram olub. Odessadan Voronejə göndərilib. Gürcüstan hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayıcılar Rusiya ərazisində terror aktı törətmək üçün nəzərdə tutulub. Lakin respublikanın Dövlət Təhlükəsizliyi Xidməti bəyan edib ki, cinayətkarlar bundan Gürcüstan ərazisində də istifadə edə bilərdilər.

05.02.2024 18:08
771