Birinci rübün ilkin nəticələri Rusiya iqtisadiyyatının 2024-cü ilin dördüncü rübü ilə müqayisədə kiçildiyini göstərir.
Musavat.com xəbər verir ki, bu, Rusiya Bankının Tədqiqat və Proqnozlaşdırma Departamentinin bülletenində yer alıb. Bülleteni hazırlayanların fikrincə, iqtisadiyyatın rüblük əsasla 1 faiz daralması fonunda ölkədə iqtisadi aktivliyin azalmasından danışmaq mümkün deyil.
Bildirilir ki, 2024-cü ilin 4-cü rübündə iqtisadiyyat 1.2 faiz böyüdükdən sonra bu ilin birinci rübündə 1 faiz kiçilib: "Birinci rübün ilkin nəticələri 2024-cü ilin dördüncü rübü ilə müqayisədə mövsümi təsirlər nəzərə alınmaqla, ÜDM-in azaldığını göstərir. Lakin buna əsaslanaraq iqtisadi aktivliyin azalmasını mühakimə etmək düzgün deyil".
Mərkəzi Bankın analitikləri bunu izah edirlər ki, emal sənayesində dekabrda istehsalın güclü birdəfəlik artımını kənara qoysaq və 2024-cü ilin oktyabr-noyabr və 2025-ci ilin fevral-mart aylarında istehsal göstəricilərinin səviyyələrini müqayisə etsək, bu dövrdə mülayim iqtisadi artımın davam etdiyini söyləmək olar: "İqtisadi artımın azalmasında əsas amil, görünür, xarici tələb olub. Bu, faydalı qazıntıların hasilatı və ixracının dinamikasından da aydın görünür. Eyni zamanda, daxili tələbat, bizim hesablamalarımıza görə, daha stabil dinamika nümayiş etdirib, baxmayaraq ki, artım tempi, o cümlədən sərt pul-kredit siyasətinin təsiri altında azalıb. Sahələr üzrə baxdıqda sənaye ÜDM dinamikasının əsas hərəkətverici qüvvəsi olub.
Musavat.com