Rusiyanın Nijni Novqorod şəhərində 22 yaşlı tələbə qız polis bölmələrindən birinə və rayon administrasiyasının binasına “Molotov kokteyli” adlandrılan yandırıcı maye dolu butulka atıb.
Musavat.com Gazeta.ru-ya istinadla xəbər verir ki, bundan sonra qız “terror aktına cəhd” maddəsi ilə açılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Hadisə noyabrın 12-də axşam saatlarında baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şöbənin girişində Nijnevoljskaya sahilində bir neçə sınmış pivə butulkaları aşkar ediblər, onlardan xarakterik yandırıcı mayenin qoxusu gəlib. Müşahidə kamerasının qeydləri qızın qanunsuz hərəkətlərə yol verdiyini müəyyən etməyə kömək edib. Videogörüntülərdə onun binanın girişinə “Molotov kokteyli” atdığı, sonra uzaqlaşdığı görünür. Lakin yandırıcı qarışıq alovlanmayıb. Elə həmin gün axşam saatlarında tələbə qızı rayon rəhbərliyinin inqibati binasındadə görüblər və o, eyni hərəkəti edib.
Şübhəli bilinən 22 yaşlı tələbə qız xüsusi təyinatlılar tərəfindən Lipetskdə saxlanılıb. Qız naməlum şəxslərin göstərişi ilə hərəkət etdiyini izah edib. Onlar ona bütün pullarının oğurlandığını və geri qaytarmağın yeganə yolunun polis bölməsinə hücum olduğunu bildiriblər. Bundan sonra fırıldaqçıların göstərişi ilə o, Lipetskdə gizlənməyə çalışıb.
İndi müttəhimi 15 ilə qədər həbs gözləyir.
Musavat.com