Rusiyada strateji əhəmiyyət kəsb edən fabriki vuruldu- SENSASİYA

Rusiyanın yeganə optik lif istehsal edən zavodu bu gecə PUA-lar tərəfindən hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, təxminən səkkiz drondan ibarət hücum nəticəsində zavodda yanğın baş verib.Hazırkı məlumata görə, insan tələfatı yoxdur.

Zavod müasir rabitə sistemləri, o cümlədən PUA-ların istehsalı üçün həyati əhəmiyyət daşıyan komponentlər istehsal edir.

Bu hücumun Rusiyanın strateji sahələrinə təsir etdiyi iddia edilir.

Musavat.com

05.04.2025 12:20
1023