Rusiyada sərnişin qatarının qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 140 nəfərə çatıb.
Qeyd olunur ki, xəsarət alanlardan 33-ü azyaşlıdır.
Ümumilikdə qatarlarda 800 sərnişin olub.
***
Rusiyanın Volqoqrad vilayətində "Kazan-Adler" marşrutu ilə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.
Şahidlərin dediyinə görə, hadisəyə səbəb "KamAZ" markalı yük maşınının sürücüsünün işıqforun qırmızı işığına məhəl qoymayaraq qatarın yoluna çıxması olub.
İnsident nəticəsində 20 sərnişinin xəsarət aldığı bildirilir./Oxu.Az/
@@TVmusavat/91779@@