Rusiyada qətl törədən azərbaycanlının bütün qohumları HƏBS EDİLİR - ŞOK DETALLAR

Moskvanın Zamoskvoretski Məhkəməsi qətldə təqsirləndirilən Azərbaycan vətəndaşı Şahin Abbasovun həbsinə qərar verib. O, iyunun 18-dək - 1 ay 29 gün müddətinə həbs edilib.

Hakim Larisa Semenovanın sədrliyi ilə keçirilən prosesdə qəbul edilən məhkəmə hökmü hələ qanuni qüvvəyə minməyib və ondan apellyasiya instansiyasına şikayət verilə bilər.

Rusiya mətbuatı hadisəyə, o cümlədən məhkəmə prosesinə aşırı diqqət ayırmağa davam edir. Ədliyyə binası yaxınlığında toplaşan motosikletçilər Abbasovun həbsi xəbərini “ura” hayqırtıları ilə qarşılayıblar. Eyni zamanda aksiyanın təşkilatçıları dövlət əhəmiyyətli tədbir kimi məhkəmə önündə Rusiya himnini səsləndiriblər.

İclasda Abbasov qətlin qəsdən baş vermədiyini bildirib. Vəkillər onun ev dustaqlığına buraxılmasını istəyiblər. İclasda müstəntiq iddia edib ki, A.Abbasov qaçmaq istəyərkən istintaqı aparılacaq başqa cinayətlər də törədib.
Məhkəmə həmçinin istintaqın Ş.Abbasovla birlikdə həbs olunan Nahid Hüseynovun iyunun 18-dək həbsdə olması ilə bağlı vəsatətinin təmin edilməsinə qərar verib. O, qətldə yardımda ittiham olunur: Ş.Abbasovun özünə məxsus “LADA 2107” markalı avtomobillə qaçmasına kömək edib.

Şahinin qardaşı Bəxtiyar Abbasov da eyni müddətə həbs olunur. Eyni zamanda onun digər qohumu Şöhrət Abbasovla bağlı vəsatətlərə də baxılacaq.

Yaxın vaxtlarda məhkəmə eyni zamanda Şahin Abbasovun atasının da həbsi ilə bağlı vəsatətlərə baxmağa başlayacaq.

Beləliklə, Rusiyada adi xuliqanlıq və qətl hadisəsini dövlət əhəmiyyətli cinayət işi səviyyəsinə qaldırılması praktikası davam etdirilir. İstintaq orqanı məhz Azərbaycan vətəndaşı olduğu üçün Ş.Abbasovun Rusiyada yaşayan bütün kişi qohumlarını həbs etməyə çalışır. Bundan əlavə, onun özünün qaldığı, həmçinin qardaşının yaşadığı evlərdən külli miqdarda pul “aşkarlanır”, heç bir dəlil-sübut olmadan istintaqın rəsmi şəxsləri açıq halda onların narkotik ticarətindən əldə olunduğuna dair ehtimallar səsləndirməklə ictimai rəydə Azərbaycan vətəndaşları haqqında mənfi münasibət formalaşdırmağa cəhd edilir...

Musavat.com

22.04.2024 19:28
16749