Rusiyanın Moskva vilayətinin İstra rayonunun tərkibindəki Dedovsk şəhərinin dövlət qulluqçuları zorla işdən çıxarılaraq dəmir yolu üzərində tikilməkdə olan körpünün möhkəmliyini yoxlamaq üçün göndərilib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, insanlar keçidə qalxma və onun yıxılıb-düşməyəcəyini yoxlamaq məcburiyyətində qalıblar.
Hüquq müdafiəçisi Vladimir Vasilenkonun əldə etdiyi yazışmalara görə, hadisə dekabrın 30-da baş verib. “Sınağa cəlb edilənlər”in əvvəlcə çəkiləri yoxlanılıb, sonra körpüyə buraxılıblar. Onların sözlərinə görə, hər şey İstra rayonunun rəhbəri Tatyana Vituşevanın əmri ilə baş verib.
Körpü 2022-ci ilin yayından tikilir, əsas aşırım ötən ilin noyabrında quraşdırılıb, lakin bu vaxta qədər körpünün istifadəyə verilməsi ilə bağlı hələlik heç bir xəbər yoxdur.
Musavat.com