Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək

Federasiya Şurası Rusiyada prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası palatanın dekabrın 7-də cümə axşamı keçirilən iclasında qəbul edilmiş mövcud qətnaməyə istinadən yazır.

“Rusiya Federasiyası prezidentin seçkisi 2024-cü il martın 17-nə təyin edilsin. Bu qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minir”, - deyə qərarda bildirilir.

Qətnamənin qüvvəyə mindiyi gün, indiki halda dekabrın 7-si artıq seçki kampaniyasının başlanğıc günüdür.

Sabah Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası prezident seçkiləri kampaniyasının başlanmasına həsr olunmuş iclas keçirməyi planlaşdırır.

Musavat.com

07.12.2023 11:56
539