Tolyattidə otel kompleksində baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Tolyattidə baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb”, - məlumatda deyilir.
Xilasedicilər gələnə kimi yanan binadan 12 nəfər özü təxliyə olunub.
Hadisə yerində çalışan təcili tibbi yardım əməkdaşlarının sayı artırılıb. Yanğının söndürülməsinə 105 yanğınsöndürən və 29 texnika cəlb olunub.\\APA