Rusiya Prezidenti Vladimir Putin ordu ilə bağlı saxta xəbərlərə və dövlət təhlükəsizliyinə qarşı cinayətlərə görə əmlakın müsadirə edilməsi haqqında qanunu imzalayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Bu qanunla Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişiklik edilir və əmlakın müsadirə oluna biləcəyi cinayətlərin siyahısı genişləndirilir.