Moskvanın “Crocus City Hall” konsert kompleksində baş vermiş terror hücumundan sonra Rusiyada ölüm hökmünün bərpasına dair çağırışlar edilməyə başlanılıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, artıq Rusiya Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri olan Vladimir Vasilyev də hadisəyə münasibət bildirib.
O qeyd edib ki, dövlət terror hadisələri ilə əlaqədar ölüm cəzasının bərpasını dərindən araşdıracaq.
“Nəticədə, biz bu məsələ ilə bağlı cəmiyyətin gözləntilərinə uyğun qərar verəcəyik”, - deyə Vladimir Vasilyev əlavə edib.
Musavat.com