Rusiyada, Primoryedə beş yaşlı Amur pələngi öldürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə bazar ertəsi, yanvarın 29-da "Shot" teleqram kanalı məlumat yayıb.
Məlum olub ki, heyvanın öldürülməsinə iki naməlum şəxs avtomobillə gəlib. Pələngə çiyin sümüyünün altından tapança ilə atəş açıb və ağır predmetlə başından vurublar. Bundan sonra həmin şəxslər ərazidən uzaqlaşıblar.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Yasenevi kəndinin silah saxlamağa icazəsi olan bütün sakinlərini yoxlayırlar.
Xatırladaq ki, elə həmin gün naməlum şəxslər Primoryedə nadir Amur pələngini güllələyib, sonra onu parçalayıblar. Yasenevı kəndindən təxminən iyirmi kilometr aralıda ölü pələngin cəsədi tapılıb.