Rusiyada neft-kimya zavodunda partlayış baş verib - VİDEO

Rusiyanın Sterlitamak bölgəsində neft-kimya zavodunun boru kəmərində partlayış baş verib.

BAKU.WS "Shot" teleqram kanalına istinadən xəbər verir ki, nəticədə 3 nəfər yaralanıb.

Telekanalın məlumatına görə, xəsarət alanlardan ikisi müəssisənin işçisidir. Üçüncüsü şəxs isə hadisə şahidi olub.

Təcili yardım xidmətləri hadisə yerində olduğu bildirilib.

Qeyd olunub ki, səhər saatlarında zavodda boru kəməri təmizlənib. Partlayış saat 11:20-də baş verib.

Hadisə yerindən görüntüləri təqdim edirik:

 

19.08.2024 18:00
458