Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev narkotik alveri ilə bağlı cinayət işi üzrə 9,5 il müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com xəbər verir ki, bu barədə “Championship” Krasnodar diyarı məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Buqayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm qanuni qüvvəyə minib”, - deyə məlumatda bildirilir.
Buqayev cəzasını ciddi rejimli koloniyada çəkəcək.
Buqayevin ötən il 500 qram mefedronla saxlanıldığını bildirilir. Futbolçuya qarşı xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət işi açılıb. Buqayev narkokuryer işlədiyini və Kuban Aqrar Universitetinin yaxınlığında fəaliyyət göstərdiyini etiraf edib.
A.Buqayev peşəkar karyerasında “Lokomotiv”, “Krasnodar”, “Tom”, “Ximki” və “Torpedo”da çıxış edib. Müdafiəçi Rusiya millisinin heyətində yeddi oyun keçirib və bu oyunda qol vura bilməyib. O, 2010-cu ildə 29 yaşında futbolu tərk etmək qərarına gəlib.
Musavat.com