Rusiyada naməlum şəxslər polisləri GÜLLƏLƏDİ - Ölən və yaralanan var

Moskva vilayətində Rusiya Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı naməlum şəxslərin hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

"Moskva vilayətinin Noqinsk rayonunda naməlum şəxslər Daxili İşlər Nazirliyinin əməkdaşlarına hücum edərək motosikletlə hadisə yerindən qaçıblar. Nəticədə bir polis güllə yarasından ölüb", - deyə agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, daha bir polis əməkdaşı xəsarət alıb, vəziyyəti ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, silahlı hücum narkotik alverçisinin saxlanılması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı baş verib.

Hazırda hadisəni törədənlər axtarılır.

Musavat.com

07.04.2024 20:14
1656