Rusiyada miqrantlara yeni məhdudiyyətlər gətirildi  

Rusiyada qeyri-qanuni miqrantların reyestri yaradılacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,  bu barədə daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy “Kommersant”a müsahibəsində bildirib.

“Bu vətəndaşlar reyestrə daxil edildikdən sonra nəqliyyat vasitələrini idarə edə, bank xidmətlərindən istifadə edə, əmlakın qeydiyyatını apara, nikah bağlaya və poza, uşaqları uşaq bağçalarına və məktəblərə yaza bilməyəcəklər”, - deyə Qorovoy bildirib.

Rusiya rəsmisinin sözlərinə görə, reyestrin 2025-ci ildə işə salınması planlaşdırılır. Tutulanlardan polisə olduqları yer barədə məlumat vermələri və geolokasiya ilə fotoşəkillər göndərmələri tələb olunacaq. Tələblər dəfələrlə pozularsa, miqrantlar Rusiya Federasiyasından məcburi şəkildə deportasiya olunacaqlar.

Musavat.com

19.09.2024 16:43
696