Rusiyanın Moskva vilayətində miqrantlara qarşı kütləvi reydlər başlayıb.
Bu barədə "Mash" teleqram kanalı məlumat verib.
Elektrostalda yerləşən "Wildberries" anbarına Rusiya Qvardiyası və polis əməkdaşları yoxlama aparıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bazar işçiləri arasında qeyri-qanuni mühacirləri axtarıb.
Məlumata görə, 15 nəfər saxlanılıb.
Qeyd edək ki, "Wildberries" anbarının ən azı 5 min işçisi polisin nəzarətindən keçib. Onların bəziləri qapalı yerdə, bəziləri isə açıq havada sorğu-sual edilib. İşçilərin əmək patentləri, yaşayış icazələri və hərbi vəsiqələri yoxlanılıb.