Rusiyada miqrant işçilər robotlarla əvəzlənəcək?

Dövlət Duması miqrant işçilərin robotlarla əvəzlənməsinə çağırıb.

Musavat.com xəbər verir ki, Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Fedoroviç Zatulin bildirib ki, Rusiya miqrantlarsız qala bilməz, lakin xarici işçilərin seçimi “qəbuledilməz” vətəndaşlardan imtina edərək daha diqqətlə aparılmalıdır. 

“Biz miqrantlar olmadan qala bilmərik, lakin bu yerləri öz adamlarımızla əvəz etməliyik. Anbarda işləmək üçün robotlar tapmaq prespektivdə mümkündür. Biz miqrantlar arasında bizim üçün məqbul olanları tapıb, bizim üçün qəbuledilməz olanları rədd etməliyik”. 

 

Musavat.com

01.11.2023 23:38
662