Ukraynaya məxsus zirehli texnikaların Kursk vilayətinin Belovsk rayonunun Belitsa kəndi istiqamətində irəlilədiyini əks etdirən görüntü yayılıb. Eyni zamanda Ukraynanın diversiya-kəşfiyyat qrupunun Kursk vilayətinin Ukrayna ilə sərhədinə yaxın Giri kəndinə hücum etdiyi bildirilib.
Ukraynalılar azı dörd tankdan istifadə edərək Belqorodun Kolotilovka rayonunda Rusiya ərazisini işğal etməyə çalışır. Rusiya mətbuatının yazdığına görə, hazırda orada döyüş gedir.
Belqorod qubernatoru Vyaçeslav Qladkov Krasnoyaruzsk rayonunda, Kursk vilayətinin qubernatoru vəzifələrini icra edən Aleksey Smirnov isə Belovsk rayonunda əhalinin təxliyə edildiyini açıqlayıb.
“Bizdə həyəcanlı səhər: Krasnoyaruzsk vilayətinin sərhədində düşmən fəallığı var. Əminəm ki, ordumuz yaranan təhlükəni aradan qaldırmaq üçün hər şey edəcək”, - Qlodkov qeyd edib.
Kursk vilayətinin regional operativ qərargahı Belovsk rayonunun sakinlərini təxliyəsinə qərar verib. Kursk vilayətinin qubernatoru vəzifələrini icra edən Aleksey Smirnov deyib.
“Əlavə nəqliyyat vasitələrinin hazırlanması ilə bağlı Nəqliyyat Nazirliyinin regional idarəsinə tapşırıq vermişəm. Artıq təhlükəsiz ərazilərdə avtobuslar fəaliyyət göstərir.
İndi əsas məsələ yaşayış məntəqələrinin sakinlərinə ərazini tərk etmək imkanı barədə operativ məlumat verməkdir. Rayon icra hakimiyyətinin və kənd yaşayış məntəqələrinin rəhbərlərinə bütün müvafiq tapşırıqlar verilib”, - Smirnov bildirib.
Ukrayna hərbçiləri Dnepr-Buq limanı ilə Qara dəniz arasındakı Kinburn yarımadasına Ukrayna bayrağını sancıblar. Bununla bağlı Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko video paylaşıb.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu ilə siyasi ekspert Fikrət Fəraməzoğlu Kursk döyüşlərini müzakirə edirlər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı: