Rusiyanın İrkutsk şəhərində hərbi təyyarə ikimərtəbəli yaşayış evinin üzərinə düşüb.
Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Şəhər rəhbəri faktı təsdiqləyib. Hadisə İrkutskun Novo-Lenino rayonunda yaşanıb.
İlkin məlumata görə, hərbi təyyarə ikimərtəbəli evin üzərinə düşüb. Ehtimal olunur ki, bu, təyyarə zavodundan havaya qalxan Su-30 qırıcısı olub. Dağıntı və tələfat barədə məlumat verilməyib. Qəza nəticəsində təyyarədə olan hər iki pilot həlak olub.
Musavat.com