Rusiya Fövqəladə Hallar Nazirliyinin tibbi helikopteri Kirov vilayətinin meşələrində qəzaya uğrayıb.
Musavat.com xarici mediaya istinadən bildirir ki, nəticədə üç nəfərin ölümü təsdiqlənib.
Helikopter havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.
Məlumata görə, helikopterdə ümumilikdə dörd nəfər - pilot, həkim və iki tibb işçisi olub. Dördüncü şəxsin axtarışları davam edir.
Musavat.com