Rusiyada “Mi-2” helikopteri qəzaya uğrayıb.
Musavat.com-un APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Kostroma vilayətində qeydə alınıb. Helikopterin eniş edərkən qəzaya uğradığı bildirilib.
Qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.