Rusiyada həbs olunan tanınmış azərbaycanlı hüquqşünasla bağlı YENİ XƏBƏR

Rusiyada həbs edilən tanınmış azərbaycanlı hüquqşünas Elman Paşayev külli miqdarda dələduzluqda ittiham olunub.

Bu barədə TASS məlumat yayıb.

E.Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə ittiham irəli sürülüb. Eyni zamanda onun istintaqla əməkdaşlıqdan imtina etdiyi də məlum olub. Agentliyin mənbəsi bildirib ki, Paşayevin işi çərçivəsində üç şahid dindirilib.

Azərbaycanlı hüquqşünas sentyabrın 17-də həbs edilib. İstintaqın məlumatına görə, o, məşhur bloqqer Yelena Blinovskaya və onun ərinin 45 milyon rublunu dələduzluqla ələ keçirib. Paşayev Rusiya və Ukrayna arasında münaqişə zonasında bir sıra dələduzluqlarda da şübhəli bilinir./BAKU.WS

04.10.2024 11:09
558